Qlobal neft şirkətlərinin mənfəəti son üç ildə ilk dəfə ikirəqəmli artıb

Qlobal neft şirkətlərinin mənfəəti son üç ildə ilk dəfə ikirəqəmli artıb

BİRJA
139

Fins.az - Qlobal enerji şirkətlərinin ümumi mənfəəti 2026-cı ilin birinci rübündə 13,2 faiz artaraq son üç ildə ilk dəfə ikirəqəmli yüksəliş göstərib.

Məlumata görə, Yaxın Şərqdə artan gərginlik və Hörmüz boğazında yaranan təchizat riskləri neft qiymətlərinin yüksəlməsinə səbəb olub. Nəticədə dünyanın aparıcı enerji şirkətlərinin ümumi mənfəəti təxminən 71,2 milyard dollara çatıb.

Hesabata ABŞ, Niderland, Böyük Britaniya, Fransa, İtaliya, Norveç, Səudiyyə Ərəbistanı və Çin şirkətlərinin maliyyə nəticələri daxil edilib.

Buna baxmayaraq, cari göstərici hələ də 2022-ci ilin ilk rübündə qeydə alınmış 98,3 milyard dollarlıq rekord mənfəətdən təxminən 27 milyard dollar aşağıdır. Həmin dövrdə Rusiya-Ukrayna müharibəsinin təsiri və enerji böhranı səbəbindən neft qiymətləri kəskin yüksəlmişdi.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qlobal neft şirkətlərinin mənfəəti son üç ildə ilk dəfə ikirəqəmli artıb — Fins.az — Fins.az