Qlobal birjalar: Dollar geri çəkildi, Asiya səhmləri endi

Qlobal birjalar: Dollar geri çəkildi, Asiya səhmləri endi

BİRJA
661

Asiya səhmləri kiçik həcmli əməliyyatlarda enişlə qarşılaşıb, dollar isə beynəlxalq bazarlarda əsas valyutalar qarşısında geri çəkilib.
Dollar keçən həftə zəiflədikdən sonra bazar ertəsi gününə zəif başlayıb. ABŞ səhmlərinin fyuçersləri dəyişdi və Yaponiyadakı tətil səbəbiylə Asiya səhmləri aşağı həcmli ticarətdə azalıbdı. Çin xaricində ticarət edilən yuan yüksəlib.

Hong Kong səhmləri, HSBC Holdings Plc səhmlərinin 1995-ci ildən bəri ən aşağı səviyyəyə enməsi ilə zəif nəticə verdi. Hang Seng indeksi yüzdə 1 düşdü. Çin və Avstraliya səhmləri də düşüb. Məlumatlar göstərir ki, Cənubi Koreya iqtisadiyyatında davam edən bərpa Seula müəyyən dəstək verdi.

Yaponiyada birja bağlıdır. Dollar G - 10 valyuta qarşısında enib. Tayvan dolları yeddi ildə görünməmiş bir səviyyəyə qalxdı. ABŞ Xəzinədarlıq istiqrazlarının fyuçersləri çox dəyişməyib. İstiqrazlar Yapon tətili ilə əlaqədar London sessiyasına qədər nağd bazarda satılmayacaq. Xam neft çox dəyişməyib.

ABŞ - Çin gərginliyi davam etdi, ABŞ Prezidenti Donald Trump, Oracle Corp.un TikTok’un ABŞ əməliyyatı üçün təklifini “konseptual olaraq” təsdiqlədiyini bildirdi. Trump administrasiyasının WeChat məhdudiyyətlərinin dayandırılması ABŞ-da Çinin olan tətbiqin istifadəsini dayandırmaq üçün əks addım idi.

Müəllif:Aynur Qəniyeva

 

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qlobal birjalar: Dollar geri çəkildi, Asiya səhmləri endi — Fins.az — Fins.az