Qlobal bazarlarda Yaxın Şərq gərginliyi davam edir

Qlobal bazarlarda Yaxın Şərq gərginliyi davam edir

BİRJA
539

Qlobal bazarlarda istiqraz faizlərinin artması və Yaxın Şərqdə artan gərginliyin təsiri hiss olunmaqda davam edir.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, 1 faizdən çox bağlanan "Wall Street" indeksləri fyuçerslərdə mövqelərini itirməkdə davam edir. Avropa fyuçers indeksləri də azalır.

ABŞ-ın 10 illik istiqraz faizi 4-cü gündə davamlı yüksəlişini davam etdirib. 2007-ci ilin iyul ayından bu yana ən yüksək həddi olan 4,96 faizlə ticarət edilir. Asiya fond indeksləri arasında Yaponiyanın Nikkei 225, Honq Konqun Hang Seng və Çinin CSI 300 indeksləri 1 faizdən çox itki ilə alınıb.

Yaxın Şərqdəki gərginlik səbəbindən bu həftə yüksələn neft ABŞ-ın Venesuela hasilatı ilə bağlı bəzi sanksiyalarını dayandırdıqdan sonra ucuzlaşıb. Təhlükəsiz liman tələbi ilə dəstəklənən qızıl son beş gündə 4 faizdən çox bahalaşıb. Dollar İndeksi üç gün dalbadal  0,6% artıb.

Günel Məlikzadə
Fins.az

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qlobal bazarlarda Yaxın Şərq gərginliyi davam edir — Fins.az — Fins.az