Qlobal bazarlarda səhmlər yüksəlir
Dünən itki ilə bağlanan ABŞ səhmlərinin fyuçersləri canlanmaya işarə edib. Nasdaq 100 fyuçersləri 0,8 faiz bahalaşıb. Korreksiya zonasına yaxın olan S&P 500 fyuçersləri də 0,5 faizlik bərpaya işarə edib.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki. risk iştahı Asiyaya da yayılıb. Demək olar ki, bütün əsas indekslərdə alış müşahidə olunub, Yaponiyanın Topix və Honq Konqun Hang Seng indeksləri 1 faiz artıb.
Güclü istiqraz hərracları səbəbindən dünən düşən ABŞ gəlirləri bu gün səhər stabil olub. ABŞ-ın 10 illik gəliri 4,85 faiz səviyyəsindədir. Bloomberg Dollar İndeksi 0,1 faiz azalaraq 1275 bənd təşkil edib.
Dollar/TL səhər saatlarında 28,20-dən ticarət olunub. İranın ABŞ-a xəbərdarlığından sonra neftin qiyməti qalxıb. Brent neft müqaviləsi 1,4 faiz artımla 89,1 dollardan alıcı tapır. Spot qızıl da 0,2 faiz bahalaşaraq 1989 dollar olub.
Günel Məlikzadə
Fins.az