
Qızılın qiyməti bu il ilk dəfə 1500 dollardan aşağı düşdü
Qızılın qiyməti bu il ilk dəfə 1500 dollardan aşağı düşdü
Qızılın unsiyasının qiymətli ilin əvvəlindən bu yana ilk dəfə 1500 dollardan aşağı düşüb.
Fins.az xəbər verir ki, qiymətli metallar, mərkəzi bankların təcili təşviq tədbirlərinin sürətlə pisləşən iqtisadi görünüşü yaxşılaşdırmağa kifayət etməyəcəyi narahatlıqları ilə dəyərdən düşüblər.
Fed-in əlavə təcili tədbirlərinə baxmayaraq sərmayəçilər vəziyyətin tezliklə düzələcəyini gözləmirlər.
Qızıl 3,5% ucuzlaşıb və unsiyasının qiyməti 1465 dollara geriləyib. Qızılın qiyməti keçən həftə 8.6% düşümşdü.
Pisləşən vəziyyətlərdə "etibarlı liman" olan qızılın ucuzlaşması maraq doğurur. İnvestorların hansı alətlərə yönəldiyi dəqiq bilinmir.