
Qızıl son 8 ilin ən yüksək qiymətinə ticarət olunur
Qızıl qiymətləri, 2012-ci ildən bəri ən yüksək səviyyəyə qalxıb. Koronavirus epidemiyasının ikinci dalğası və Honkonqda milli təhlükəsizlik qanunu təklifi ilə əlaqədar detalların ardından artan qeyri-müəyyənlik qızıl qiymətinə birbaşa təsir edib.
Fins.az "bloomberg"-ə istinadən xəbər verir ki, ABŞ-ın Günəş kəməri adlanan cənub hissəsində qızıl artarkən, Almaniyada virusun yayılmasının güclənməsi və Avstraliyanın ikinci böyük əyaləti Viktoriya-da nəzarətin güclənməsi faktı qızıllın qiymətinin yüksəlməsinə çox təsir etmiş oldu.
Digər tərəfdən, Çin milli təhlükəsizlik qanununun təklifinin Pekinə, Hong Kongun hüquq sisteminə yiyələnmə fürsəti gətirəcəyini və bunun Çin və ABŞ arasındakı gərginliyi daha da artıracağını təsdiqlənib.
Coronavirusa görə qoyulmuş məhdudiyyətlərin pozulduğu qlobal iqtisadiyyatı dəstəkləmək üçün əvvəllər heç vaxt edilməyən misli görünməmiş təşviq dəstəyi alaraq qızılın qiyməti bu il 15 faiz qalxıb. Metal, həmçinin qızılın 2000 dollar və rekord səviyyəyə yüksələcəyini proqnozlaşdıran Goldman Sachs Group Inc və JPMorgan Chase & Co, investorlara aşağı faizli mühitdə qızıla dönmələrini tövsiyə edir.
Müəllif:Aynur Qəniyeva