Qızıl və gümüş ucuzlaşıb

Qızıl və gümüş ucuzlaşıb

BİRJA
465

Əmtəə bazarlarında qiymətli metalların qiymətində azalma qeydə alınıb.

Fins.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 0,99% azalaraq 4 547,4 ABŞ dolları təşkil edib.

Eyni zamanda, COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin iyul fyuçerslərinin qiymətində də eniş müşahidə olunub. Belə ki, gümüşün dəyəri 0,06% azalaraq 75,83 ABŞ dollarına düşüb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qızıl və gümüş ucuzlaşıb — Fins.az — Fins.az