
Qızıl fyuçersləri son 8 ilin maksimum səviyyəsinə çatıb
Qızıl fyuçersləri 2012-ci ildən bəri maksimum səviyyəyə çatıb – bir unsiya üçün 1724,4 dollar.
Bu barədə “Refinitiv” analitika şirkətinə istinadən “Vedomosti” məlumat verib.
Neft qiymətlərinin düşməsi, eləcə də koronavirus pandemiyasının yayılması fonunda qızıla olan tələbat artmağa davam edir. Mart ayında qızıl fyuçerslərinin qiyməti 1700 dollar təşkil edib (9 və 24 mart).Qızıl – investorlar üçün ənənəvi “etibarlı sığınacaq yeri” dir. Belə ki, bu aktiv digərləri ilə müqayisədə volatilniyə nisbətən daha az məruz qalır.