Qiymətli kağızlar bazarı iştirakçılarına güzəştlər verilir -  MƏRKƏZİ BANK AÇIQLAYIR

Qiymətli kağızlar bazarı iştirakçılarına güzəştlər verilir - MƏRKƏZİ BANK AÇIQLAYIR

BİRJA
996

Qiymətli kağızlar bazarı iştirakçılarına güzəştlər verilir

Fins.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının qəbul tdiyi əlavə dəstəkləyici tədbirlərdə bildirilir.

Tədbirlərdə qeyd edilib ki, qiymətli kağızlar bazarı iştirakçılarına aşağıdakı güzəştlər ediləcəkdir:

-Fond birjasında səhmlərin və istiqrazların təkrar bazarında bağlanan əqdlərin habelə repo əməliyyatlarının qeydiyyatı üzrə Milli Depozit Mərkəzinə ödənilən tariflərin 30 sentyabr 2020-ci il tarixinədək ləğv edilməsi;

-  Bakı Fond Birjasında 01 aprel 2020-ci il tarixindən 01 yanvar 2021-ci il tarixinədək listinqə daxil olan korporativ istiqrazlar üzrə listinq tariflərinin ləğv edilməsi;

- Fond birjasında dövlət istiqrazları, Mərkəzi Bankın notları və ipoteka istiqrazları ilə bağlanan təkrar bazar əqdləri üzrə hesablaşmaların 30 sentyabr 2020-ci il tarixinədək “T+1” rejimindən “T+0” rejiminə keçirilməsi;

- Qiymətli kağızların kütləvi təklif üsulu ilə fond birjasında yerləşdirilməsi zamanı Bakı Fond Birjası tərəfindən tələb olunan sənədlərin dairəsinin 01 yanvar 2021-ci il tarixinədək minimallaşdırılması (yalnız qiymətli kağızların dövlət reyestrindən çıxarış və emissiya prospekti tələb olunmaqla).

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qiymətli kağızlar bazarı iştirakçılarına güzəştlər verilir - MƏRKƏZİ BANK AÇIQLAYIR — Fins.az — Fins.az