Qazprom: Avropada qazın qiyməti min kubmetr üçün 4000 dolları keçə bilər

Qazprom: Avropada qazın qiyməti min kubmetr üçün 4000 dolları keçə bilər

BİRJA
1,057

Rusiyanın enerji şirkəti "Qazprom"un prezidenti Aleksey Miller, təbii qaz satışlarının azalmasına baxmayaraq, şirkətin gəlirlərinin bu il keçən ilə nisbətən əhəmiyyətli dərəcədə artacağını bildirib ki, Avropada təbii qazın qiyməti min kubmetr üçün 4000 dolları keçə bilər.
"Fins.az" xəbər verir ki, Qazpromdan verilən yazılı açıqlamada Millerin "Neft və Təbii Qaz Sənayesi İşçiləri Günü" münasibəti ilə qiymətləndirmələri yer alıb.

"Qazprom"un bu il etibarilə 288,1 milyard kubmetr təbii qaz hasil etdiyini açıqlayan Miller, "Bunun 154,7 milyard kubmetri daxili bazara verilərkən, 82,2 milyard kubmetri Müstəqil Dövlətlər Birliyi xaricindəki ölkələrə göndərilib" deyə bildirib.

Müəllif: Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qazprom: Avropada qazın qiyməti min kubmetr üçün 4000 dolları keçə bilər — Fins.az — Fins.az