Qazın qiyməti ucuzlaşıb

Qazın qiyməti ucuzlaşıb

BİRJA
980

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 375 ABŞ dollarınadək enib.

Fins.az xəbər verir ki, 10 iyul tarixində avqust fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 375,1 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (377,3 dollar) ilə müqayisədə 0,6% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qazın qiyməti ucuzlaşıb — Fins.az — Fins.az