Putinin Səudiyyənin şantajına görə geri addım atmayacağı bildirilir - NEFT 10 DOLLARA DÜŞƏ BİLƏR

Putinin Səudiyyənin şantajına görə geri addım atmayacağı bildirilir - NEFT 10 DOLLARA DÜŞƏ BİLƏR

BİRJA
3,319

Səudiyyə Ərəbistanı ya da Rusiyadan hər hansı birinin neft qiyməti müharibəsində geri addım atacağı ehtimalı çətin görünür.

Fins.az xəbər verir ki, Kremlin müşahidəçilərinə görə, Rusiya Prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının şantajına qarşılıq onların istədiklərini yerinə yetirməyəcək. 

Daha çox sayda ölkənin karantinə girməsi ilə neftə tələb sürətlə pisləşir. Bəzi treyderlər xam neft tələbinin gündəlik 10 - 20 milyon barel civarında çökə biləcəyi proqnozunu səsləndirirlər.

"Axicorp"un baş Asiya bazar strateqi Stephen Innes, "OPEC və Texas hasilatın azaldılması mövzusunda razılaşa bilməsələr neftin qiyməti sürətli bir şəkildə 10-15 dollar səviyyələrinə düşə bilər", - deyib.

Texas Dəmiryolu Komissarı Ryan Sitton, Cümə günü OPEC-in İyun yığıncağına qatılması üçün nadir bir dəvət alıb. Ancaq bundan bir neçə saat sonra, Sittonun istehsalın azaldılması mövzusundakı çağırışı rəsmi şəxslər və neft qazma şirkətləri tərəfindən tənqid olunub və bununla da razılaşma ilə bağlı ümidlər azalıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Putinin Səudiyyənin şantajına görə geri addım atmayacağı bildirilir - NEFT 10 DOLLARA DÜŞƏ BİLƏR — Fins.az — Fins.az