«Puma»-nın səhmləri rekord həddə BAHALAŞDI

«Puma»-nın səhmləri rekord həddə BAHALAŞDI

BİRJA
866

Futbol üzrə Avropa çempionatında İtaliya yığmasının finala çıxması «Puma» idman geyimləri şirkətinin səhmlərini bahalaşdırıb. 

Fins.az xəbər verir ki, alman şirkəti olan «Puma» çempionatda iştirak edən 4 komandanı geyislə təmin edir və onlardan biri İtaliya yığmasıdır. 

İyulun 6-da İtaliya İspaniyanı məğlub edərək turnirin finalına yüksəldi, sabahı gün iyulun 7-də «Puma»nın səhmləri 2,2% bahalaşaraq tarixi rekord vurdu – 104,25 dollar. 
Ümumilikdə «Euro-2020»nin başlamasından ötən bir ay ərzində «Puma»nın səhmləri 11,5% artıb. 

Ekspertlər bildirir ki, bütün iri idman yarışlarında olduğu kimi, Avropa çempionatı da idman geyisləri və aksessuarları istehsal edən şirkətlər üçün böyük gəlirlər və reklam dövrüdür. Bu yarışlardan hər 3 şirkət – «Nike», «Adidas» və «Puma» faydalanır. 

Xatırladaq ki, «Puma» idman geyimivə ayaqqabıla, idman avadanlıqları və parfümeriya istehsal edir. Şirkət hər il 64 milyon cüt ayaqqabı, 70 milyon geyim və 55 milyon aksessuar satır. 2020-ci ilin nəticələrinə görə, «Puma»nın gəlirləri 5,23  milyard dollar təşkil edib. 

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
«Puma»-nın səhmləri rekord həddə BAHALAŞDI — Fins.az — Fins.az