
"PRİOR LEASING" ASC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaq
Fins.az - 18 mart 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "PRİOR LEASING" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların abunə yazılışı 31.03.2026-cı il tarixində başlayıb, 29.04.2026-cı il tarixində bitəcəkdir.
AZ2001019531 İSİN kodlu istiqrazların yerləşdirilməsi 30 aprel 2026-cı il tarixində həyata keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | "PRİOR LEASING" |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2001019531 |
İstiqrazların növü və forması | Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar |
Ticarət üsulu/forması | Kütləvi/ Abunə yazılışı |
İstiqrazların sayı | 10,000 ədəd |
İlkin ticarət qiyməti | 100 manat |
İstiqrazların buraxılış həcmi | 1,000,000 manat |
İllik gəlirlilik faizi | 15% |
Ödəmə Periodu | İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir |
Tədavül müddəti | 1 il |
Ticarətə buraxılma tarixi | 30.04.2026 |
Anderrayter | “Assist Finance İnvestisiya Şirkəti” ASC |