
Pimco:"İstiqraz investorları çox həyəcanlıdırlar"
Pacific Investment Management Co. (Pimco) CIO Daniel Ivascyn, ABŞ-da inflyasiya probleminin həll olunmaqdan uzaq olduğunu bildirdi və istiqraz bazarının gələn il faiz dərəcələrinin endirilməsi ehtimalı ilə bağlı "çox həyəcanlı" olduğunu qiymətləndirdi.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, aktiv şəkildə idarə olunan ən böyük istiqraz fondu olan təxminən 126 milyard dollarlıq Pimco Gəlir Fondunun idarə edilməsinə kömək edən İvaskin, oktyabr ayında ABŞ-da istehsalçı inflyasiyasından sonra verdiyi qiymətləndirmədə inflyasiyanın FED-in 2 faizlik hədəfinə çatması üçün "kəskin bir yol" olacağını proqnozlaşdırdı.
"Doğru istiqamətdə hərəkət etmək 2% hədəfə çatmaq ilə eyni deyil" deyən İvascyn, Fed-in əhəmiyyətli bir iqtisadi zəifləmə görmədiyi təqdirdə faiz dərəcələrini azaldarkən çox diqqətli olacağını ifadə etdi.
JPMorgan Chase & Co. CEO Jamie Dimon da bu həftə etdiyi qiymətləndirmədə investorların qısamüddətli rəqəmlərə həddindən artıq optimist reaksiya verdiyini xəbərdar etdi. Citadel-in qurucusu Ken Griffin, inflyasiyanın bazar qiymətlərindən daha qalıcı ola biləcəyini söylədi.
1,74 trilyon dollarlıq aktivi idarə edən Pimco-nun 2-3 illik dövrə baxdığını ifadə edən İvascyn, "Qısa müddət səs-küydür" dedi.
Günel Məlikzadə
Fins.az