"PAŞA BANK" ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaq

"PAŞA BANK" ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaq

BİRJA
166

Fins.az - 3 aprel 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "PAŞA BANK" ASC-nin səhmlərin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan səhmlərin abunə yazılışı 13 aprel tarixində başlayaraq,12 iyun 2026-cı il tarixində (daxil) yekunlaşmışdır.

Qiymətli kağızların yerləşdirilməsi isə 18.06.2026-cı il tarixində başlanacaqdır.

Qeyd olunan səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"PAŞA BANK" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ1012006628

Səhmlərin növü və forması

Sənədsiz adlı, adi səhmlər

Ticarət üsulu/forması

Kütləvi / Abunə yazılışı

Səhmlərin sayı

932,926 ədəd

İlkin ticarət qiyməti

55 manat

Buraxılış həcmi

51,310,930 manat

Yerləşdirmə tarixi

18.06.2026

Əsas Anderrayter

Anderrayter

Anderrayter

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC

“ABB-İnvest İnvestisiya Şirkəti” QSC

“Unicapital İnvestisiya Şirkəti” ASC

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"PAŞA BANK" ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaq — Fins.az — Fins.az