Pandemiya riskləri fonunda neft ucuzlaşır

Pandemiya riskləri fonunda neft ucuzlaşır

BİRJA
563

Dünyada, xüsusilə də Avropada Covid-19-a yoluxma sayı artdıqca, yanacağa olan tələbin də azalacağına dair narahatlıqların artması səbəbilə neft bu gecə, Asiya sessiyasında növbəti dəfə ucuzlaşdı. Dünya ən böyük neft istehlakçılarından biri olan Amerikada da yoluxma sayında artım müşahidə edilir.

Brend markalı neft 0.24% ucuzlaşaraq, 42.35$-a, WTI 0.27% ucuzlaşaraq 40.09$-a düşdü.

OPEC-in çərşəmbə axşamı açıqladığı aylıq hesabatda 2021-ci ildə gündəlik neft tələbinin 6.54 milyon barel artaraq, ümumilikdə 96.84 milyon barelə çatacağını proqnozlaşdırıldığı qeyd edilir. Lakin buna baxmayaraq, yoluxma sayı artıqca, bəzi ölkələrin yenidən karantin qaydalarını sərtləşdirməsi səbəbilə gündəlik neft tələbinin 80 min barel azaldığı müşahidə edilir. 

BƏƏ-nin enerji naziri Suhail əl-Mazruinin açıqlamlarına görə, OPEC Plus-un planladığı kimi hasilatdakı məhdudiyyətlərin yanvar ayından etibarən azaldılacağı ehtimal edilir.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Pandemiya riskləri fonunda neft ucuzlaşır — Fins.az — Fins.az