
NYMEX-də təbii qazın qiyməti azalıb
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaz fyuçerslərinin qiymətində cüzi azalma qeydə alınıb.
Fins.az xəbər verir ki, 2026-cı ilin iyun ayında çatdırılmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 milyon BTU üzrə 0,03% geriləyərək 3,17 ABŞ dolları təşkil edib.