
Neftin ucuzlaşması Bakı Fond Birjasına necə təsir göstərib? - BİRJA RƏSMİSİNDƏN AÇIQLAMA
Neftin ucuzlaşması birjanın fəaliyyətinə hər hansı təsiri olmayıb
Fins.az xəbər verir ki, bunu Bakı Fond Birjasının Biznesin İnkişafı qrupunun baş mütəxəssisi Müseyib Mehdiyev deyib.
O bidirib ki, Bakı Fond Birjası qlobal bazar seqmentinə daxil olmadığı üçün neftin ucuzlaşması birjanın fəaliyyətinə hər hansı təsiri olmayıb. Neft qiymətləri ilə bağlı dalğalanmalar əsasən qlobal bazarlara və əsasən sırf səhmlərə təsir etdib. Buna görə də istiqraz bazarında eyni zamanda SOCAR istiqrazlarıyla bağlı da yerli bazarda xüsusi dəyişiklik olmadığına görə hər hansı yenilik yoxdur.
O eyni zamanda "Azərbaycanda məzənnələrdə dəyişiklik olsa bu sahədə də dəyişikliklər gözlənilə bilər. Hazırda məzənnələrdə və daxili bazarda yeniliklərin olmadığlı üçün Bakı Fond Birjasında aparılan əməliyyatlarda sabitlik müşahidə edilir. Bakı Fond Birjasında təkrar səhm bazarında aktivlik az olduğu və birjada dünya həcmli şirkətlərin səhmləri olmadığı üçün səhm bazarında da nəzərəçarpacaq dəyişiklik yoxdur."
Bakı Fond Birjasının rəsmisi həmçinin "Qlobal təsirlər yerli səhm bazarına heç bir təsir etməyib.Əəqdlərin sayı ilə bağlı statistik göstəriciləri müqaisə imkanımız yalnız ay sonlarında olur ona görə də hazırda bu barədə heç nə demək mümkün deyil.Günlük müqaisənin edilməsi də düzgün nəticələrin çıxarılması imkanını məhdudlaşdırır"-deyə qeyd edib
Müəllif: Aynur Qəniyeva