
Neftin qiyməti azalıb
ABŞ və İranın OPEC üzvü olan ölkənin nüvə proqramı ilə bağlı danışıqları uzatmasından sonra neft ucuzlaşıb .
Fins.az xəbər verir ki, brent markalı xam neft fyuçersləri 28 sent və ya 0,4% azalaraq bir barel üçün 70,47 dollara düşüb. WTI markalı neft fyuçersləri isə 29 sent və ya 0,44% ucuzlaşaraq 64,92 dollara enib.
Neft qiymətləri həftəni enişlə başa vurmağa hazırlaşır.