
Neftin bu günə olan qiyməti
Koronavirus ilə əlaqədar olaraq dünyada iqtisadi fəaliyyətlər məhdudlaşır, neftə təlabat azalır. Neftə təlabatın azaldığı bir şəraitdə Səudiyyə Ərəbistanı qiymət müharibəsi elen edib. Ən böyük neft ixracatçısı hasilatını artıraraq qiymətləri aşağı salır.
ABŞ Avropadan gələn bütün səyahətləri 30 gün ərzində təxirə salıb. Bu qərar ilə neftə tələbin daha da azalacağının gözlənilməsi ilə qiymətlər düşməkdə davam edir. Martın 9-da 31 dollaradək düşən Brent neftin qiyməti Martın 11-də 40 dollara yaxınlaşmışdı. Lakin qiymətin yüksəlməsi uzun çəkmədi. Yenidən qiymət təxminən 10% düşərək dünən 33 dollar səviyyələrinədək gerilədi.
Bu gün də neft qiymətləri düşməkdə davam edir.
Fins.az xəbər verir ki, Bakı vaxtı ilə saat 08:30-da Brent nefti 32,89 dollardan, ABŞ xam nefti isə 31,26 dollardan alıcı tapıb. Neft qiymətləri əlavə 1% də ucuzlaşıb.