Neftin bahalaşdı - OPEC+ sazişinin təsiri ilə

Neftin bahalaşdı - OPEC+ sazişinin təsiri ilə

BİRJA
878

OPEC+ sazişi fonunda Londonun İCE birjasında neftin qiyməti bahalaşıb.

Bunu birjanın ticarətlər məlumatları əks etdirir.

Belə ki, “Brent” markalı neftin qiyməti 2,45% faiz -32,25 ABŞ dollarına qədər artıb.

Həmçinin WTI markalı neftin də qiymətində də 0,22% - 22,81 ABŞ dollarına qədər artım müşahidə edilib.

Qeyd edək ki, ötən həftənin cümə axşamı - aprelin 9-da OPEC+ ölkələri nümayəndələrinin onlayn görüşü keçirilib. Görüşdə neft bazarının sabitliyi müzakirə olunub. İştirakçılar ümumi razılaşmaya nail olmayıblar. Çünki Meksika təklif edilmiş şərtlərdən imtina edib.

Ötən gün OPEC+ ölkələri neft hasilatını may-iyunda gündəlik 9,7 milyon barel azaltmağı razılaşdırıb

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Neftin bahalaşdı - OPEC+ sazişinin təsiri ilə — Fins.az — Fins.az