Neft qiymətləri yenidən bahalaşır: Hörmüz boğazı ətrafında risklər artır

Neft qiymətləri yenidən bahalaşır: Hörmüz boğazı ətrafında risklər artır

BİRJA
480

Fins.az - Dünya bazarlarında neft qiymətləri artımını davam etdirir. Asiya ticarəti zamanı qeydə alınan yüksəliş investorların Yaxın Şərqdə mümkün gərginliyin artacağı ilə bağlı narahatlıqları fonunda baş verir.

ABŞ prezidenti Donald Trump tərəfindən İrana verilən ultimatumun müddətinin başa çatması ərəfəsində bazarlarda qeyri-müəyyənlik artıb. Bu faktor enerji bazarlarında risklərin qiymətlərə daxil edilməsinə səbəb olub.

Son məlumatlara görə, Brent markalı neftin qiyməti 110 dolları, WTI markalı neft isə 113 dolları ötüb. Bu, ardıcıl üçüncü artım sessiyası kimi qeydə alınıb.

Analitiklər bildirirlər ki, əsas risk faktoru dünya neft daşımalarının mühüm hissəsinin keçdiyi Hörmüz boğazı ilə bağlıdır. Son dövrlərdə tankerlərin hərəkətində yaranan problemlər bazarda təklifin azalacağı ehtimalını gücləndirib.

Eyni zamanda diplomatik danışıqların nəticə verməməsi vəziyyəti daha da gərginləşdirir. İranın ABŞ tərəfindən irəli sürülən təklifi rədd etməsi və qarşı tərəfin sərt bəyanatları regionda eskalasiya riskini artırır.

Ekspertlər hesab edir ki, OPEC+ tərəfindən hasilatın artırılması belə, mümkün tədarük problemlərini tam kompensasiya etməyə yetərli olmayacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Neft qiymətləri yenidən bahalaşır: Hörmüz boğazı ətrafında risklər artır — Fins.az — Fins.az