Neft qiymətləri kəskin bahalaşdı: Brent 120 dollara yaxınlaşdı

Neft qiymətləri kəskin bahalaşdı: Brent 120 dollara yaxınlaşdı

BİRJA
255

Fins.az - Dünya bazarında neft qiymətləri sürətlə artmaqda davam edir.

ABŞ və İran arasında artan gərginlik fonunda Brent markalı neftin qiyməti 119 dolları keçərək son illərin ən yüksək səviyyələrindən birinə çatıb.

ABŞ prezidenti Donald Trumpın İranla bağlı sərt mövqeyi və Hörmüz boğazının bağlanması ehtimalı bazarlarda ciddi narahatlıq yaradıb. Analitiklər hesab edir ki, bu marşrut üzrə tədarükün məhdudlaşması qlobal enerji bazarında ciddi təlatümlərə səbəb ola bilər.

Eyni zamanda, ABŞ Müdafiə Nazirliyi – Pentaqon İranla müharibənin artıq 25 milyard dollara başa gəldiyini açıqlayıb. Bu isə geosiyasi risklərin daha da artdığını göstərir.

Ekspertlər qeyd edir ki, mövcud vəziyyət davam edərsə, neft qiymətlərində artımın davam etməsi və inflyasiya təzyiqlərinin güclənməsi qaçılmaz olacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Neft qiymətləri kəskin bahalaşdı: Brent 120 dollara yaxınlaşdı — Fins.az — Fins.az