Neft heç vaxt 10 dollar olmayacaq - Ağalarov

Neft heç vaxt 10 dollar olmayacaq - Ağalarov

BİRJA
884

Neftin dəyərinin 10 dollara qədər ucuzlaşması mümkün deyil.

Bunu “Krokus” şirkətinin sahibi Araz Ağalarov “Komsomolskaya Pravda”ya açıqlamasında deyib.

“Neftin qiyməti hər zaman qızıl ətrafında dönür. Uzun illər əvvəl neftin qiyməti 1 dollar olanda qızılın da qramı 1 dollara idi. Ona görə də aydındır ki, hazırda neftin orta illik qiyməti qızılın qramının dəyəri ətrafında dönəcək. Ərəb ölkələrini götürək. Dollarlar, dinarlar onlar üçün şərtidir. Onların bütün zənginliyi qızılda saxlanılır.

Qızılın qramı 50 dollar ətrafında dövrə vurur. Ona görə də neftin orta illik qiyməti də 50 dollar olmalıdır”, – deyə o bildirib.

Ağalarov, həmçinin neftin heç vaxt əvvəlki kimi yüksək qiymətə qayıtmayacağını, bunun alternativ enerji ilə bağlı olduğunu söyləyib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Neft heç vaxt 10 dollar olmayacaq - Ağalarov — Fins.az — Fins.az