
“MJ Financial Services BOKT” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Fins.az - 6 iyul 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “MJ Financial Services BOKT” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 10.07.2026-cı il tarixində keçiriləcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | “MJ Financial Services BOKT” ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2002023169 |
İstiqrazların növü və forması | Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar |
Ticarət üsulu/forması | Kütləvi/ Birqiymətli hərrac |
İstiqrazların sayı | 20,000 ədəd |
İlkin ticarət qiyməti | 100 manat |
İstiqrazların buraxılış həcmi | 2,000,000 manat |
İllik gəlirlilik faizi | 16% |
Ödəmə Periodu | İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) bir ödəniləcəkdir |
Tədavül müddəti | 18 ay |
Ticarətə buraxılma tarixi | 10.07.2026 |
Anderrayter | "Troni İnvestisiya Şirkəti” QSC |