Mərkəzi Bankın Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib - QRAFİK

Mərkəzi Bankın Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib - QRAFİK

BİRJA
789

Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2071024700 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən Fins.az-a verilən məlumata görə, hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 9618.4675 (8.5%) manat və 9684.1045  (6.99%) manat olan 15 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 36,810,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9623.2189 (8.39%) manat, orta ölçülmüş qiyməti isə 9648.7258 (7.8%) manat  olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.  

Notların ödəmə tarixi 05.10.2023-cü ildir.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mərkəzi Bankın Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib - QRAFİK — Fins.az — Fins.az