Mərkəzi Bankın 200 mln. manat həcmində notları yerləşdirilib

Mərkəzi Bankın 200 mln. manat həcmində notları yerləşdirilib

BİRJA
519

22 aprel 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının (AMB) 50101579S dövlət qeydiyyat nömrəli, 200 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Fins.az-ın BFB-yə istinadən verdiyi xəbərə görə, hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 99,4662 AZN (6,90%) və 99,4773 AZN (6,76%) olan 18 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 308 026 300 AZN olub.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99,4773 AZN (6.76%), orta ölçülmüş qiyməti 99,4773 AZN (6.76%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 mln. manat təşkil edib. 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mərkəzi Bankın 200 mln. manat həcmində notları yerləşdirilib — Fins.az — Fins.az