Mərkəzi Bank 15 milyon manatlıq not buraxıb – gəlirlilik 6,24% olub

Mərkəzi Bank 15 milyon manatlıq not buraxıb – gəlirlilik 6,24% olub

BİRJA
260

9 aprel 2026-cı il tarixində Bakı Fond Birjası platformasında Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən buraxılmış AZ2621024705 dövlət qeydiyyat nömrəli notların yerləşdirilməsi üzrə hərrac keçirilib.

Fins.az xəbər verir ki, 84 gün tədavül müddətli diskontlu notların emissiya həcmi 15,000,000 manat təşkil edib və hərrac nəticəsində bu həcm tam reallaşdırılıb. Notların nominal dəyəri 100,000 manat olmaqla ümumilikdə 150 ədəd qiymətli kağız satışa çıxarılıb.

Hərrac zamanı minimal qiymət 98,539.9662 manat (6.35%), maksimal qiymət isə 98,567.1620 manat (6.23%) olub. Kəsmə qiyməti 98,562.6300 manat (6.25%), ortaçəkili qiymət isə 98,564.7593 manat (6.24%) səviyyəsində formalaşıb ki, bu da bazarda sabit gəlirlilik diapazonunu göstərir.

Qeyd edək ki, hərrac çərçivəsində sifarişlərin ümumi həcmi 34,200,000 manat təşkil edib və bu, təklif olunan həcmdən 2 dəfədən çox yüksəkdir. Hərracda 6 investor iştirak edib və 6 sifariş təqdim olunub.

Notların ödəniş tarixi 2 iyul 2026-cı il olaraq müəyyən edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mərkəzi Bank 15 milyon manatlıq not buraxıb – gəlirlilik 6,24% olub — Fins.az — Fins.az