“Merano Baku” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşıb

“Merano Baku” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşıb

BİRJA
1,382

Sentyabrın 4-də Bakı Fond Birjasında “Merano Baku” ASC-nin AZ1002024672 dövlət qeydiyyat nömrəli 100,000 (yüz min) manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşıb.

BFB-dan Fins.az-a verilən məlumata görə, abunə yazılışı zamanı anderrayterə 1 investor tərəfindən 10,000 manat qiymətindən 1 sifariş təqdim edilmişdir.

Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 100,000 manat təşkil etmişdir. Səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi isə 100,000 manat təşkil etmişdir.

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Merano Baku” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşıb — Fins.az — Fins.az