Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac - NƏTİCƏSİ

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac - NƏTİCƏSİ

BİRJA
623

9 fevral 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106004887 ISIN-li, 35 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 17 investor tərəfindən qiymət intervalı 96.1315 AZN (9.0000%) və 98.6900 AZN (7.9997%) olan 26 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.4001 AZN (8.5000%), orta ölçülmüş qiyməti  97.7568 (8.3608%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 105,292,800.00 manat yerləşdirilmiş həcmi isə 25,659,300.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  6  fevral 2024-ci  il.

Hərrac iştirakçıları 10 fevral 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

 

 

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac - NƏTİCƏSİ — Fins.az — Fins.az