Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

BİRJA
519

Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040257 ISIN-li, 90 mln. manat həcmində, 1092 gün olan tədavül müddətli Kuponlu, Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Fins.az xəbər verir ki, hərrac zamanı 25 investor tərəfindən qiymət intervalı 92,3864 (10%) manat və 97,4333 (7.9789%) manat olan 63 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95,8722 (8.59%) manat, orta ölçülmüş qiyməti 96,8022 (8.2245%) manat müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 170,658,300 manat, yerləşdirilib həcmi isə 90,000,000 manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 6 oktyabr 2026-cı il.

Hərrac iştirakçıları 11 oktyabr 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər. 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir — Fins.az — Fins.az