Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib - FOTO

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib - FOTO

BİRJA
1,116

Fevralın 21-də Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040042 ISIN-li, 40 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-sdən Fins.Az-a verilən məlumata görə, hərrac zamanı 26 investor tərəfindən qiymət intervalı 91.2371 (11%) manat və 95.4017 (8.5500%) manat olan 50 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94.3595 (9.1500%) manat, orta ölçülmüş qiyməti isə 94.5573 (9.0354%) manat müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 144,644,300 manat, yerləşdirilmiş həcmi isə 47,051,500 manat təşkil edilib.

Hərrac iştirakçıları 22 fevral 2023-cü il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. İstiqrazların ödəmə tarixi 18 fevral 2025-ci ildir.

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Fuad Mədətov
Fins.Az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib - FOTO — Fins.az — Fins.az