Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

BİRJA
485

27 oktyabr 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104012775 ISIN-li, 30 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib

Hərrac zamanı 16 investor tərəfindən qiyməti intervalı 91.7850 (8.9995%) və 93.6220 (6.8500%) olan 24 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.5785 (6.8999%), orta ölçülmüş qiyməti 93.5806 (6.8975%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 101,822,100.00 manat yerləşdirilmiş həcmi isə 42,500,000.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  26 oktyabr 2021-ci  il.

Hərrac iştirakçıları 28 oktyabr 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

 

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib — Fins.az — Fins.az