Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

BİRJA
620

16 fevral 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105005885 ISIN-li, 45 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. 

Hərrac zamanı 15 investor tərəfindən qiymət intervalı 86.6026 (15.0000%) və 100.0000 (7.0000%) olan 23 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.3826  (7.8900%), orta ölçülmüş qiyməti 98.4532 (7.8507%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 140,800,300.00 manat yerləşdirilmiş həcmi isə 67,500,000.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  14 fevral 2023-ci  il.

Hərrac iştirakçıları 17 fevral 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib — Fins.az — Fins.az