Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

BİRJA
488

Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104004871 ISIN-li, 20 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. 

Hərrac zamanı 17 investor tərəfindən qiyməti intervalı 90,9544 (10,0000%) və 95,0879 (5,1943%) olan 27 sifariş təqdim edilib. 

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94,9930 (5,2999%), orta ölçülmüş qiyməti 95,0168 (5,2734%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 110.625.900,00 manat yerləşdirilmiş həcmi isə 30 000 000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  12 aprel 2022-ci  il.

Hərrac iştirakçıları 14 aprel 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib — Fins.az — Fins.az