Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

BİRJA
943

Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040091 ISIN-li, 30 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. 

BFB-dən Fins.az-a verilən məlumata görə, hərrac zamanı 21 investor tərəfindən qiymət intervalı 86.4511 (14%) manat və 98.6002 (6.76%) manat olan 64 sifariş təqdim edilib. 

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.7291 (7.24%) manat, orta ölçülmüş qiyməti isə 97.8725 (7.1606%) manat müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 137,914,500 manat, yerləşdirilmiş həcmi isə 45,000,000 manat təşkil edilib.

Hərrac iştirakçıları 19 aprel 2023-cü il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

İstiqrazların ödəmə tarixi 15 aprel 2025-ci ildir.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib — Fins.az — Fins.az