Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

BİRJA
1,000

İyunun 13-də Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040141 ISIN-li, 50 mln. manat həcmində, 1820 gün tədavül müddətli kuponlu, dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan Fins.az-a verilən məlumata görə, hərrac zamanı 21 investor tərəfindən qiymət intervalı 74.2881 (14.99%) manat və 94.8500 (8.7951%) manat olan 40 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 89.8058 (10.15%) manat, orta ölçülmüş qiyməti 91.4972 (9.6855%) manat müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 118,082,900 manat, yerləşdirilmiş həcmi isə 50,000,000 manat təşkil edilib.

Hərrac iştirakçıları 14 iyun 2023-cü il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. İstiqrazların ödəmə tarixi 6 iyun 2028-ci il. 

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib — Fins.az — Fins.az