Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

BİRJA
395

İyunun 20-də Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040158 ISIN-li, 60 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. 

BFB-dan Fins.az-a verilən məlumata görə, hərrac zamanı 20 investor tərəfindən qiymət intervalı 92.9250 (9.99%) manat və 98.0365  (7.07%) manat olan 51 sifariş təqdim edilib. 

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.9283 (8.25%) manat, orta ölçülmüş qiyməti isə 96.7333 (7.7955%) manat müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 209,336,100 manat, yerləşdirilmiş həcmi isə 60,000,000 manat təşkil edilib.

Hərrac iştirakçıları 21 iyun 2023-cü il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. İstiqrazların ödəmə tarixi 17 iyun 2025-ci ildir.

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib — Fins.az — Fins.az