Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

BİRJA
676

İyulun 18-də Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040182 ISIN-li, 60 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. 

BFB-dan Fins.az-a verilən məlumata görə, hərrac zamanı 25 investor tərəfindən qiymət intervalı 88.0412 (12.98%) manat və 96.7253  (7.80%) manat olan 56 sifariş təqdim edilib. 

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94.6533 (8.98%) manat, orta ölçülmüş qiyməti isə 95.6959 (8.3821%) manat müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 195,858,923 manat, yerləşdirilmiş həcmi isə 90,000,000 manat təşkil edilib.

Hərrac iştirakçıları 19 iyul 2023-cü il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. İstiqrazların ödəmə tarixi 15 iyul 2025-ci ildir.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib — Fins.az — Fins.az