
"Lukoil" 1,5 mlrd. dollarlıq avrobond emissiyasını başa çatdırıb
Rusiyanın “Lukoil” neft şirkəti 1,5 mlrd. ABŞ dolları dəyərində avrobondların buraxılışını başa çatdırdığını elan edib.
Məlumata əsasən, istiqrazlar illik 3,875% kupon dərəcəsi ilə 10 il müddətinə buraxılıb. İstiqrazlar “Lukoil”ın zəmanəti ilə “Lukoil Securities B.V.” şirkəti tərəfindən emissiya edilib.
(c)APA