
Liviya sahillərində boğulmuş miqrantların cəsədləri aşkar edilib
Fins.az - Liviyanın Tobruq sahillərində 15 miqrantın cəsədi tapılıb.
Məlumata görə, ölənlər arasında yeniyetmə qız da var. Yerli qurumlar cəsədlərin sayının artmasının mümkün olduğunu bildirirlər.
Xilas edilən 10 nəfərin ifadəsinə əsasən, batmış qayıqda 60-dan çox insan olub.
Son illərdə Liviya Afrikadan gələn miqrantların Avropaya keçidi üçün əsas tranzit marşrutlarından birinə çevrilib. Hər il minlərlə insan Aralıq dənizi vasitəsilə Avropaya çatmağa çalışarkən həyatını itirir və ya təhlükə ilə üzləşir.