“Light” neftinin qiyməti üç ildən sonra 75 dolları keçdi

“Light” neftinin qiyməti üç ildən sonra 75 dolları keçdi

BİRJA
487

“Light” markalı xam neftin bir barrelinin qiyməti 75 dolları ötüb.

“Fins.az” xəbər verir ki, “Light”ın fyuçersləri 3 faizədək artaraq 2018-ci ildən bəri ilk dəfə 75 dollar/barreli keçib.

Qeyd edək ki, qiymət OPEC Konfransının iclası ərəfəsində artır. Bazarlarda diqqət OPEC-in neft hasilatı ilə bağlı qəbul edəcəyi qərara yönəlib.

Hazırda “Brent”in bir barreli Londonun ICE birjasında 76 dollardan, “Light” markalı xam neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 75 dollardan baha satılır.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Light” neftinin qiyməti üç ildən sonra 75 dolları keçdi — Fins.az — Fins.az