Kristalina Georgieva: Münaqişə uzanarsa enerji qiymətləri və inflyasiya arta bilər

Kristalina Georgieva: Münaqişə uzanarsa enerji qiymətləri və inflyasiya arta bilər

BİRJA
274

Fins.az - Qərbi Avropanın əsas fond indeksləri Yaxın Şərqdə artan hərbi gərginlik fonunda kəskin ucuzlaşıb.

Regionun aparıcı göstəricisi olan Stoxx Europe 600 indeksi 1,29% azalaraq 604,83 punkta düşüb.

Analitiklərin fikrincə, ABŞ, İsrail və İran arasında davam edən qarşıdurma qlobal iqtisadiyyat üçün risk yaradır. BVF rəhbəri Kristalina Georgieva bildirib ki, münaqişənin uzanması enerji qiymətlərinin artmasına, inflyasiyanın sürətlənməsinə və iqtisadi artımın zəifləməsinə səbəb ola bilər.

Avropa Mərkəzi Bankının rəsmiləri də xəbərdarlıq ediblər ki, bu vəziyyət avrozonada inflyasiyanı artıraraq iqtisadiyyata mənfi təsir göstərə bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Kristalina Georgieva: Münaqişə uzanarsa enerji qiymətləri və inflyasiya arta bilər — Fins.az — Fins.az