
İstanbul Fond Birjasının yeni rəhbəri məlum olub
Türkiyənin İstanbul Fond Birjasına (“Borsa İstanbul”) yeni baş direktor təyin olunub.
Fins.az türk mətbuatına istinadən xəbər verir ki, bu, Korkmaz Enes Ergündür.
O, birjanın rəhbərliyində bu il martın 8-də istefa vermiş Hakan Atillanı əvəz edib.
Xatırladaq ki, “Borsa İstanbul” qonşu ölkənin əsas fond birjasıdır. Qurum “Bakı Fond Birjası” QSC-nin səhmlərinin 4,76 %-nə nəzarət edir.
©report