
İnvestisiya şirkətlərinin əməliyyatlarının sayına görə RENKİNQİ - YANVAR-İYUN/2026
Fins.az – Bakı Fond Birjası (BFB) 2026-cı ilin yanvar-iyun ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin həyata keçirdiyi əməliyyatların sayını açıqlayıb.
BFB-nin məlumatına görə, hesabat dövründə investisiya şirkətləri və investisiya fəaliyyəti göstərən banklar tərəfindən ümumilikdə 70 667 əməliyyat həyata keçirilib.
Əməliyyatların sayına görə reytinqə 39 889 əməliyyat ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC liderlik edir. Şirkət təkbaşına ümumi əməliyyatların yarıdan çoxunu həyata keçirib.
İkinci yerdə 15 647 əməliyyat ilə “ABB İnvest İnvestisiya Şirkəti” QSC, üçüncü yerdə isə 5 381 əməliyyat ilə Troni İnvestisiya Şirkəti QSC qərarlaşıb.
Sonrakı pillələrdə “Unicapital İnvestisiya Şirkəti” ASC 3 292 əməliyyat, “İnvest-Az İnvestisiya Şirkəti” QSC 2 577 əməliyyat, CPM-İnvest İnvestisiya Şirkəti QSC isə 1 613 əməliyyat həyata keçirib.
Hesabat dövründə Assist Finance İnvestisiya Şirkəti ASC 1 148, “İnno Kapital İnvestisiya Şirkəti” ASC 513, Capital Partners İnvestisiya Şirkəti QSC 272, ASC “Xalq” Bankı isə 198 əməliyyat icra edib.
Reytinqin son pillələrində “Xalq Kapital İnvestisiya Şirkəti” QSC 71 əməliyyat, MFX Trading İnvestisiya Şirkəti və “CFI Financial İnvestisiya Şirkəti” QSC isə hər biri 33 əməliyyatla yer alıb.
2026-cı ilin yanvar–iyun aylarında investisiya şirkətləri üzrə əməliyyatların sayı
№ | İnvestisiya şirkəti | Əməliyyatların sayı |
|---|---|---|
1 | PAŞA Kapital İnvestisiya Şirkəti QSC | 39 889 |
2 | ABB İnvest İnvestisiya Şirkəti QSC | 15 647 |
3 | Troni İnvestisiya Şirkəti QSC | 5 381 |
4 | Unicapital İnvestisiya Şirkəti ASC | 3 292 |
5 | İnvest-Az İnvestisiya Şirkəti QSC | 2 577 |
6 | CPM-İnvest İnvestisiya Şirkəti QSC | 1 613 |
7 | Assist Finance İnvestisiya Şirkəti ASC | 1 148 |
8 | İnno Kapital İnvestisiya Şirkəti ASC | 513 |
9 | Capital Partners İnvestisiya Şirkəti QSC | 272 |
10 | ASC “Xalq” Bankı | 198 |
11 | Xalq Kapital İnvestisiya Şirkəti QSC | 71 |
12 | MFX Trading İnvestisiya Şirkəti | 33 |
13 | CFI Financial İnvestisiya Şirkəti QSC | 33 |
Cəmi | 13 iştirakçı | 70 667 |