İnvestisiya şirkətlərinin əməliyyat dövriyyəsi və əməliyyatlarının sayına görə RENKİNQİ - YANVAR-MART/2026

İnvestisiya şirkətlərinin əməliyyat dövriyyəsi və əməliyyatlarının sayına görə RENKİNQİ - YANVAR-MART/2026

BİRJA
373

2026-cı ilin yanvar-mart ayları üzrə Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə investisiya şirkətlərinin dövriyyələri açıqlanıb.

Fins.az xəbər verir ki, dövr ərzində ən çox dövriyyəyə malik şirkət “ABB İnvest İnvestisiya Şirkəti” QSC olub – 10,821 milyard manat.

Siyahıda ikinci pillədə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC (4,073 milyard manat), üçüncü pillədə isə “CPM-İnvest İnvestisiya Şirkəti” QSC (2,468 milyard manat) qərarlaşıb.

BFB-nin daxili qaydalarına əsasən, üzvlərin renkinqi aylıq hesablanır və hər ayın əvvəlində elan olunur. Renkinqdə repo əməliyyatları, dövlət və korporativ qiymətli kağızlar bazarı üzrə manatla dövriyyə nəzərə alınır.

2026-cı ilin yanvar-mart ayları üzrə dövriyyə rekordu – top 10 şirkət

Rank

Şirkət adı

Dövriyyə (manatla)

Əməliyyatların sayı

1

ABB İnvest İnvestisiya Şirkəti QSC

10,820,585,896

4,444

2

PAŞA Kapital İnvestisiya Şirkəti QSC

4,073,124,864

1,475

3

CPM-İnvest İnvestisiya Şirkəti QSC

2,468,125,324

1,001

4

Unicapital İnvestisiya Şirkəti ASC

1,801,275,687

915

5

İnvest-Az İnvestisiya Şirkəti QSC

1,253,247,337

590

6

Assist Finance İnvestisiya Şirkəti ASC

1,208,840,407

247

7

İnno Kapital İnvestisiya Şirkəti ASC

255,562,634

228

8

Capital Partners İnvestisiya Şirkəti QSC

146,088,311

128

9

Troni İnvestisiya Şirkəti QSC

125,766,254

2,558

10

Xalq Kapital İnvestisiya Şirkəti QSC

36,097,305

63

Digər şirkətlərin dövriyyələri isə aşağıdakı kimi qeyd olunub:

  • MFX Trading İnvestisiya Şirkəti – 16,247,285 manat, 17 əməliyyat

  • CFI FINANCIAL İnvestisiya Şirkəti QSC – 7,134,059 manat, 13 əməliyyat

  • ASC “Xalq” Bankı – 2,225,086 manat, 96 əməliyyat

Məlumatlardan göründüyü kimi, “ABB İnvest” həm dövriyyə, həm də əməliyyat sayı baxımından liderdir və BFB bazarında fəaliyyət göstərən digər şirkətlərdən xeyli üstünlük təşkil edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İnvestisiya şirkətlərinin əməliyyat dövriyyəsi və əməliyyatlarının sayına görə RENKİNQİ - YANVAR-MART/2026 — Fins.az — Fins.az