
Hörmüz boğazının bağlı qalması neft qiymətlərini yenidən yüksəldib
Fins.az - Hörmüz boğazının bağlı qalması və İran–ABŞ arasında İsveçrədə planlaşdırılan memorandumun imzalanmasının təxirə salınması qlobal neft bazarında qiymət artımına səbəb olub.
Məlumata görə, tərəflər iyunun 19-da İsveçrədə sənədi imzalamalı idilər. Lakin proses baş tutmayıb və Yaxın Şərqdən dünya bazarına neft daşınmasında mühüm rol oynayan Hörmüz boğazı da açılmayıb.
Bunun fonunda iyunun 20-də neft qiymətlərində artım qeydə alınıb:
Brent – 78 dollardan 80,57 dollara;
WTI – 74 dollardan 76 dollara;
Urals – 59 dollardan 61 dollara yüksəlib.
Azərbaycanın Azeri Light neftinin bir barelinin qiyməti isə 2,89 dollar və ya 3,61 faiz artaraq 82,95 dollara çatıb.