
Hörmüz boğazı ilə bağlı gərginlik neft qiymətlərini artırıb
İranın Hörmüz boğazını bağlaya biləcəyi ilə bağlı bəyanatları fonunda neft qiymətləri yüksəlib.
Fins.az xəbər verir ki, ticarət məlumatları bu tendensiyanı təsdiqləyir.
Londonun "ICE Futures" birjasında Brent markalı neftin may fyuçersləri 2,02 ABŞ dolları (2,6 %) artaraq 1 barel üçün 79,76 ABŞ dolları olub. Nyu-York Əmtəə Birjasında (NYMEX) isə WTI markalı neftin aprel fyuçersləri 1,45 ABŞ dolları (2,04 %) yüksələrək 1 barel üçün 72,68 ABŞ dollarına çatıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, İsrail və ABŞ tərəfindən endirilən zərbələrə cavab olaraq Hörmüz boğazı vasitəsilə neft tankerlərinin hərəkətini tam dayandıra biləcək. Qeyd edək ki, qlobal neft tədarükünün təxminən 20 %-i məhz bu boğazdan həyata keçirilir.