
Günə Baxış - 29.09.2020
Beynəlxalq valyuta birjalarında avro və funt dollara nisbətən bahalaşsa da müqavimətlə rastlaşıblar. Buna səbəb isə Breksit danışıqları fonunda qeyri-müəyyənliyin artmasıdır.
Bazar ertəsi razılaşmanın əldə edilməsi mümkün olmayan danışıqların, bu gün davam etdirilməsi planlaşdırılır.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 11:00-da İspaniya və saat 16:00-da Almaniyadan inflyasiyaya dair önəmli fundamental göstəricilərin yayımlanacaqdır. Bugünkü göstəricilər çərşənbə gün Avrozonaya dair açıqlanacaq inflyasiya ilə bağlı ilkin ehtimalların yaranmasına kömək edəcəkdir.
Əlvan metallar bazarlarında qızılın qiyməti də 1900$-da müqavimətlə rastlaşıb və 1863$-ın qırılması ilə 1804$-a kimi ucuzlaşacağı proqnozlaşdırılır.